Ronaldodan "Əl -Nəssr"lə bağlı qərar - SON QOYDU
Kristiano Ronaldo “Əl-Nəsr”in matçlarını boykot etməyə son qoyur.
90plus.az xəbər verir ki, portuqaliyalı forvard sabah Səudiyyə Ərəbistanı çempionatının 22-ci turu çərçivəsində “Əl-Fateh”ə qarşı keçiriləcək qarşılaşmada meydana çıxacaq. Bu barədə insayder Fabrizio Romano məlumat paylaşıb.
Bundan əvvəl Ronaldo ölkə çempionatında “Əl-Riyad” və “Əl-İttihaad”la görüşləri, eləcə də Asiya Çempionlar Liqasında “Arkadag”a qarşı oyunu buraxmışdı.
Qeyd: Ronaldo Suveren Fondu (PIF) tərəfindən “Əl-Nəsr”in digər klublarla müqayisədə idarə olunmasından narazıdır. O düşünür ki, komanda çempionluq yarışında müəyyən maneələrlə qarşılaşır. Həmçinin, futbolçu Kərim Benzemanın “Əl-Hilal”a transferinə etiraz edib və bunu “rəqabətə mənfi təsir” kimi dəyərləndirib.
© Copyright 2026, All Rights Reserved