Ronaldonun 2 qolu məğlubiyyətə çarə olmadı
"Əl Nəsr" yoxlama oyununda "Almeriya"ya məğlub oldu – Ronaldo 2 qol vurdu.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanını təmsil edən "Əl Nəsr" yoxlama matçında İspaniyanın II Liqa təmsilçisi "Almeriya"ya 3:2 hesabı ilə məğlub olub.
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun dubluna baxmayaraq, "Əl Nəsr" meydanı məğlub tərk edib.
"Almeriya"nın Aralıq dənizi Oyunları Stadionunda keçirilən qarşılaşmada ev sahibləri oyunun 6-cı dəqiqəsində Serxio Arribasın qolu ilə hesabı açıb. "Əl Nəsr" isə 17-ci dəqiqədə Kriştiano Ronaldonun qolu ilə tarazlığı bərpa edib, 39-cu dəqiqədə isə onun penaltidən vurduğu ikinci qolla 2:1 önə keçib.
Lakin oyunun qalan hissəsində təşəbbüsü ələ alan "Almeriya" Adrian Embarba Blaskesin 43 və 61-ci dəqiqələrdə vurduğu qollarla matçın taleyini həll edib – 3:2.
© Copyright 2026, All Rights Reserved