Rəqibin baş məşqçisi: "Azərbaycan bizi yanıltdı"
"Azərbaycan yığmasının oyununu zərərsizləşdirmək üçün konkret tapşırıqlar lazım idi. Biz onların beş müdafiəçi ilə oynayacağını gözləyirdik. Qarşılaşmanın əvvəlində müdafiədə çətinliklər yaşadıq. Belə anlarda daha tez reaksiya verməliyik, nəinki fasiləni gözləmək".
90plus.az xəbər verir ki, bunu Estoniya yığmasının baş məşqçisi Yurgen Henn deyib.
Gənc mütəxəssis UEFA Millətlər Liqasının 3-cü turunda millimizlə oyunda qeydə alınan 3:1 hesablı qələbəni şərh edib:
"Biz öz oyun planımız var. Hücum edib və hansısa anlarda ələ düşən fürsətlərdən istifadə etmək istəyirik. Oyunçuların meydandakı davranışı da önəmlidir - bəzən çərçivədən kənara çıxmalı və sərbəst qərar verilməlidir. Buraxılan topdan 13 saniyə sonra vurulan qol əvvəlcədən sınaqdan keçirilmiş məqam idi".
Qeyd: Rəqib komandanın baş məşqçisi müdafiəyə çəkilmədiklərini bildirirək bunun sayəsində 3-cü qolu vurduqlarını deyib.
© Copyright 2026, All Rights Reserved