Samir Abbasov: "Hakimdən xoşum gəlmədi"
"Bir az məyusuq. O da itirdiyimiz xallara görədir. Ardıcıl məğlubiyyətdən sonra səfərdə qələbə qazana bilərdik. Bu da yenidən ayağa qalxmaq üçün stimul olardı".
90plus.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının VIII turunda "Neftçi" ilə oyunu şərh edib:
Hakim haqqında: "Referiden də xoşum gəlmədi. Onun qərarları da bizi xallardan etdi. Yanılmıram. Dəfələrlə epizodlara baxdım. Roy Kehatın epizodunda təmiz penaltini verilmədi".
Oyun haqqında: "Son nöqtələrdə keyfiyyət məsələsinə görə xallardan olduq. "Neftçi" kimi komanda ilə görüşdə epizodlar da olur qapında. Biz də epizodlar əldə etdik. Son olaraq, futbolçunun üzərinə düşən rahatçılıq var idi. Orada axsadıq. Bu bizim üçün başlanğıcdır. Faciə yox idi. Öz gücümüzə inanırıq. Azarkeşlərimizə təşəkkür edirəm".
Komandadakı ruh problemi: "Xallar itirmişdik, oyunlar da ruhsuz oyunlar idi. Məşqçilər də və futbolçular da ruhsuz idi. Amma azarkeşlərimiz bizimlə birlikdə oldu. İstəyirdim ki, qalib gələk. Əfsuslar olsun ki, olmadı. Ən yaxşısına çalışacağıq. Söz verirəm".
Qeyd: "Neftçi" - "Sumqayıt" matçı 1:1 hesabı ilə yekunlaşıb.
© Copyright 2026, All Rights Reserved