Şar şişirdi, heyətdəki yerindən oldu
"Tottenhem"in futbolçusu İv Bissuma qəribə səbəblə "Lester"lə oyunda olmayacaq.
90plus.az xəbər verir ki, "Tottenhem"in oyunçusu İv Bissuma ilk turda keçiriləcək "Lester"ə qarşı matçı buraxmalı olacaq. Buna səbəb onun sosial şəbəkələrdə canlı efir açaraq şarı şişirdib əcaib səslə gülməsidir.
27 yaşlı malili yarımmüdafiəçinin bu hərəkəti baş məşqçi Angelos Postecoğlunun xoşuna gəlməyib. Və nəticədə "Lester" ilə oyunun iştirak ərzəsində İv Bissumanın adı olmayacaq.
© Copyright 2026, All Rights Reserved