"Şaxtyor" Arda Turanla yenə qazandı
90plus.az xəbər verir ki, “Şaxtyor” Ukrayna Premyer Liqasında baş məşqçi Arda Turanın rəhbərliyi altında növbəti qələbəsini qazanıb. Donetsk təmsilçisi səfərdə “Veres Rivne” klubunu 2:0 hesabı ilə məğlub edib.
Rivne şəhərində yerləşən “Avanqard” stadionunda keçirilən qarşılaşmada “Şaxtyor”ın qollarını Yuxim Konoplya (45+1-ci dəqiqə) və Viniçius Tobias (62-ci dəqiqə) vurublar.
Bu nəticədən sonra “Şaxtyor” ilk 3 turdan sonra 7 xal toplayaraq turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved