Senyder: "2010-cu ildə "Qızıl top"umu oğurladılar"
Niderland millisinin və “Real”ın keçmiş yarımmüdafiəçisi Uesli Sneyder hesab edir ki, o, 2010-cu ildə “qızıl top”u qazanmalı idi.
90plus.az “Football Talk”-a istinadən xəbər verir ki, niderlandlı keçmiş futbolçu 14 il keçməsinə baxmayaraq, insanların hələ də bunu müzakirə etməsinin onu sevindirdiyini bildirib:
“2010-cu ildə “qızıl top” verilməyəndə məni qarət etdilər. 14 il keçməsinə baxmayaraq, insanların hələ də bunu müzakirə etməsi məni sevindirir.
Bir çox insanlar mənə bunun quldurluq olduğunu deyirlər”.
2010-cu ildə “qızıl top”un qalibi Lionel Messi olmuşdu. Sneyder həmin mövsümdə “İnter”lə birlikdə İtaliya çempionu və UEFA Çempionlar Liqasının qalibi adını qazanmışdı.
© Copyright 2026, All Rights Reserved