Serbiya Avro-2024-ü tərk etmək istəyir
Serbiya millisi Albaniya və Xorvatiya azarkeşlərinin irqçi şüarlarına hirslənərək AVRO-2024-ü tərk etmək istədiyini bildirib.
90plus.az Serbiya millisinin rəsmi media hesabına istinadla xəbər verir ki, Xorvatiya-Albaniya (2:2) görüşündə azarkeşlər "serbləri öldürün" şüarı səsləndiriblət. Buna görə də serblər azarkeşlərinin və futbolçularının təhlükəsizliyinin təmin olunmamasını düşünürlər.
Hətta Rusiyanın "Rubin" klubunun və Albaniya millisinin hücumçusu Mirlind Daku da bu səbəbdən AVRO-2024-dən uzaqlaşdırıla bilər.
İddia olunur ki, sözügedən matçdan sonra o da təhqiramiz şüarlar səsləndirib.
Oyun bitdikdən sonra M.Dakunun ucadan qışqıraraq serblər və makedoniyalılar haqqında ədəbsiz sözlər söylədiyi deyilir. Şimali Makedoniya Futbol Federasiyası artıq UEFA-ya rəsmi məktub göndərərək, hücumçunun cəzalandırılmasını tələb edib.
Qeyd: Serbiya millisinin rəsmiləri də hazırda UEFA ilə mövzu barədə görüş tələb ediblər.
© Copyright 2026, All Rights Reserved