Səidcəmşid Cəfərov dünya kubokunu qazandı
Braziliyanın Fos-du-İquasu şəhərində təşkil olunan boks üzrə Dünya kubokunda Azərbaycan təmsilçisi Səidcəmşid Cəfərov komandamıza qızıl medal qazandırıb.
90plus.az xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz finalda ev sahibi ölkənin təmsilçisi Tauan Silva ilə qarşılaşıb. Görüş Cəfərovun tam üstünlüyü şəraitində keçib. O, hər üç raundda rəqibini üstələyərək hakimlərin yekdil qərarı ilə 5:0 hesablı qələbə qazanıb. Bununla da Azərbaycan idmançısı Dünya kubokunun qalibi olub və mükafatlandırma mərasimində ölkəmizin himni səsləndirilib.
Yarışda digər milli üzvlər də həlledici döyüşlərə hazırlaşır. Sübhan Mamedov (50 kq) və Məhəmməd Abdullayev (+90 kq) yaxın saatlarda final qarşılaşmalarına çıxaraq komandanın medal sayını artırmağa çalışacaqlar.
Xatırlatma: Daha əvvəl 70 kq çəki dərəcəsində çıxış edən Nəbi İsgəndərov turniri üçüncü pillədə başa vuraraq bürünc medala yiyələnib.
© Copyright 2026, All Rights Reserved