Skaloni Messi haqda: “Sanki əlinizdə bir sehr var"
Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın kapitanı Lionel Messi haqda danışıb.
90plus.az xəbər verir ki, mütəxəssis Messinin özəl istedadını və məsuliyyətini öyüb.
"Qaliblərlə işləmək həmişə asandır. 5 yaşından bəri yarışlarda iştirak edən oyunçularınız varsa və bildikləri yeganə şey necə qələbə qazanmaqdırsa, hər şey sadədir. Messi hətta məşqdə məğlub olmağı sevmir və bu, çox böyük önəm kəsb edir"
"Leoya göstəriş verəndə o, hər zaman hər şeyi başa düşür. Məsələ Messinin qeyri-adi olduğunu bilə-bilə, ona adi futbolçu kimi davranmaqdır. Sanki əlinizdə bir sehr var".
📰: Santa Fe Deportivo
© Copyright 2026, All Rights Reserved