Son turda “Sabah” da uddu, “Qarabağ” da
“Sabah” çempionluğu qələbə ilə bəzədi, “Qarabağ” mövsümü 3 xalla başa vurdu.
90plus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında 33-cü, sonuncu turun oyunları davam edir. Mövsümün son turunda həm çempion “Sabah”, həm də “Qarabağ” azarkeşlərini qələbə ilə sevindirib.
“Sabah” səfərdə “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edib. Tovuz təmsilçisi matçda hesabı açsa da, qonaqlar geri dönüş etməyi bacarıb:
Turan 1 - 2 Sabah
A. Maluda 15’
Xəyal Əliyev 64’
A. Hüseynov 86’
Qollar: https://t.me/doxsanplus/11707
Bununla da çempion “Sabah” mövsümü 78 xalla tamamlayıb. “Turan Tovuz” isə 59 xalla çempionatı 3-cü pillədə başa vurub.
Sumqayıt 3 - 4 Qarabağ
Ramil Şeydayev 3’ 64’
Addai 22’
S. Abdullazadə 53’
R. Əhmədzadə 76’
A. Kaşuk 85’
E. Mustafayev 90+3’
Qollar:
https://t.me/doxsanplus/117076
https://t.me/doxsanplus/117082
Beləliklə, “Qarabağ” mövsümü qələbə ilə başa vurub. “Sumqayıt” isə çempionatı 7-ci pillədə tamamlayıb.
Azərbaycan Premyer Liqasında 33-cü turun son oyunları 24 may tarixində keçiriləcək.
© Copyright 2026, All Rights Reserved