“Sportinq” Gyökeresi almaq istəyən kluba qiymət oxuyur
“Sportinq”in prezidenti Frederik Varandaş Viktor Gyökeresin transfer qiyməti ilə bağlı mediada yayılan məlumatları yenidən təkzib edib və klubun “centlmen razılaşması” əsasında futbolçunu ucuz qiymətə buraxmaq fikrində olmadığını bildirib.
90plus.az xəbər verir ki, Varandaş deyib:
“Qiymətin nə qədər olduğunu deməyəcəm, amma oyunçunun özü bunu bilir. Bircə şeyi deyə bilərəm – Viktor 60 milyon + 10 milyon bonus müqabilində klubdan ayrılmayacaq. Belə bir şey olmayacaq”.
Məlumata görə, isveçli hücumçu rəhbərliyin mövqeyindən narazıdır və məsələni aydınlaşdırmaq üçün prezidentlə üzbəüz görüş tələb edib.
Qeyd: Gyökereslə “Arsenal” və “Mançester Yunayted” klubları maraqlanır. Lakin hər iki klub hazırda “Sportinq”in futbolçunu satmaq üçün tələb etdiyi dəqiq məbləğdən əmin deyil və bu, razılaşmanı çətinləşdirir.
Gyökeres özü də bu məsələyə görə kluba əsəbidir və bir daha oyuna çıxmayacağını söyləyib.
© Copyright 2026, All Rights Reserved