Səudiyyə Ərəbistanı çempionu bəlli oldu
Səudiyyə Ərəbistanı Pro Liqasının çempionu "Əl-İttihad" oldu.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasının 32-ci turunda "Əl-İttihad" səfərdə "Əl-Raid" komandasını 3:1 hesabı ilə məğlub edərək, mövsümün sonuna iki tur qalmış çempionluğunu rəsmiləşdirdi.
Ciddə şəhərində yerləşən Kral Abdullah İdman Kompleksində keçirilən qarşılaşmada "Əl-İttihad"ın qollarını 21-ci dəqiqədə Stiven Berqvayn, 40-cı dəqiqədə Danilo Pereyra və 47-ci dəqiqədə Əbdülrəhman əl-Obud vurdu. "Əl-Raid"in yeganə qolu isə 9-cu dəqiqədə Umar Qonsalesdən gəldi.
Bu nəticə ilə "Əl-İttihad" 32 oyundan sonra 77 xal toplayaraq, ən yaxın izləyicisi olan "Əl-Hilal" ilə xal fərqini 9-a yüksəltdi. "Əl-Hilal"ın bir oyunu əskik olsa da, "Əl-İttihad" ikitərəfli qarşılaşmalarda üstün olduğu üçün çempionluğu öncədən təmin etmiş oldu.
Fransız baş məşqçi Loren Blanın rəhbərlik etdiyi "Əl-İttihad" bu nailiyyətlə klub tarixində 10-cu dəfə Səudiyyə Ərəbistanı Pro Liqasının çempionu olub. Komandanın heyətində dünyaca məşhur futbolçular – Karim Benzema, N'Qolo Kante, Fabinyo və Musa Diabi yer alır.
"Əl-İttihad" 30 may 2025-ci ildə keçiriləcək Kral Kubokunun finalında "Əl-Qadisiyyə" ilə qarşılaşacaq və mövsümü iki kubokla başa vurmaq şansına sahibdir.
Qeyd: Liqanın bombardiri 23 qolla "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo olub.
© Copyright 2026, All Rights Reserved