Tahir Gözel: "Səfərdə komandamın yanında olacağam"
"Qarabağ"ın Prezidenti Tahir Gözel səfərdə komandasının yanında olacağını qeyd edib.
90plus.az xəbər verir ki, türkiyəli funksioner komandası ilə birgə "Tottenhem" səfərinə yollanacağını bildirib.
"Liqa mərhələsindəki ilk oyunda komandamın yanında olacağam. Londondakı görüşə komandamla yollanacağam və matçı stadiondan izləyəcəyəm. Biz bir komandayıq.
Hər birimiz inanırıq ki, futbolun vətənində də gözəl oyun göstərəcəyik. Komandamız səfərdəki görüşün nəticəsindən asılı olmayaraq, Azərbaycan xalqını yenə də qürurlandıracaq".
Qeyd: "Tottenhem" - "Qarabağ" sentyabrın 26-da oynanılacaq.
© Copyright 2026, All Rights Reserved