Tebas İspaniyanın Avro-2024 şansından danışıb
İspaniya La Liqasının prezidenti Xavyer Tebas Avropa çempionatı barədə danışıb.
90plus.az xəbər verir ki, Tebas turnirin çətin olduğunu söyləyib:
"Avropa çempionatı çətindir, hətta dünya çempionatından da. Buradakı bütün komandalar əladır. Buna baxmayaraq, bizim də yaxşı komandamız var və inanıram ki, İspaniya millisi azı yarımfinala qədər gedəcək".
Qeyd: İspaniya Avro-2024-də Xorvatiya, İtaliya və Albaniya ilə mübarizə aparacaq.
© Copyright 2026, All Rights Reserved