Tellesin Ronaldo etirafı: "Mənə zəng elədi..."
"Əl-Nəssr"dan ayrıldıqdan sonra "Botafoqo" ilə müqavilə imzalayan Aleks Telles, Səudiyyə Ərəbistanına transfer prosesi və Kristiano Ronaldo ilə bağlı açıqlamalar verdi.
90plus.az xəbər verir ki, Aleks Telles açıqlamasında bunları söylədi:
"Əl-Nəssr" ilə danışarkən Kristiano Ronaldo mənə zəng etdi. O, mənə 'bura gəl və buranın dadını çıxar. Ölkə futbol baxımından inkişaf edir' dedi. Əgər Ronaldo sizi bir yerə dəvət edirsə, ora gedəndə əlinizdən gələni etməlisiniz"
Luis Kastronun "Əl-Nəssr" baş məşqçisi olmasında Ronaldonun təsiri olubmu?" sualına Telles belə cavab verdi:
"Ronaldo, imici və uğurlarına görə hər cür gücə malikdir. O, hər yerdə ən yaxşısını görmək istəyir."
© Copyright 2026, All Rights Reserved