“Ter Ştegen qəhvə maşınında da 1 nömrədir”
Mittelştadt: “Ter Ştegen yalnız qapıda yox, mətbəxdə də 1 nömrədir”.
90plus.az xəbər verir ki, Almaniya millisinin sol cinah müdafiəçisi Maksimilian Mittelştadt yığmanın əsas qapıçısı Mark-Andre Ter Ştegen haqqında maraqlı fikirlər səsləndirib. O, Ter Ştegenin həm meydanda, həm də mətbəxdə “1 nömrə” olduğunu bildirib.
“Ter Ştegen həqiqi bir mütəxəssisdir. Bəzən bizim üçün möhtəşəm qəhvələr hazırlayır. Qəhvə maşınında da bir nömrədir,” – deyə Mittelştadt açıqlamasında qeyd edib.
Ter Ştegen UEFA Millətlər Liqasının yarımfinalında Portuqaliya ilə qarşılaşmada Almaniya millisinin qapısını qoruyacaq əsas namizəd kimi göstərilir. Oyun bu gün keçiriləcək.
Barselonada vəziyyət fərqlidir
Bununla belə, Ter Ştegen klub səviyyəsində təzyiqlə üzləşib. İspaniya mediasın görə, “Barselona” rəhbərliyi daha gənc və enerjili qapıçı axtarışındadır. Onlar “Espanyol”un qapıçısı Xoan Qarsiyanı heyətə qatmaq üzrədirlər və bu transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Hazırkı durumda Ter Ştegen Almaniyada hörmət görməyə davam etsə də, “Barselona”dakı gələcəyi sual altındadır.
📰: Sport1
© Copyright 2026, All Rights Reserved