Tomas Parteyin məhkəmə işi uzanır
Tomas Partey məhkəmədə yeni ittihamları rədd etdi – iş uzadıla bilər.
90plus.az xəbər verir ki, “Arsenal”ın futbolçusu Tomas Partey barəsində məhkəmə prosesi davam edir. O, Londonun Sautuark Kral Məhkəməsində ona qarşı irəli sürülən iki yeni zorlanma ittihamını rədd edib və özünü təqsirli bilmədiyini açıqlayıb.
Məlumata görə, yeni ittihamlar 2020-ci ilin dekabr ayında baş verdiyi iddia olunan hadisə ilə bağlıdır. Bununla da qanalı yarımmüdafiəçi ümumilikdə dörd qadınla bağlı yeddi zorlanma və bir cinsi təcavüz ittihamı ilə üz-üzədir. İddialar 2020–2022-ci illəri əhatə edir.
Məhkəmə qərarına əsasən, Partey ciddi şərtlər daxilində zaminlikdə qalacaq. Bu şərtlərə iddiaçı şəxslərlə heç bir əlaqə saxlamamaq da daxildir.
Hazırda məhkəmə prosesinin 2026-cı ilin noyabr ayında başlaması planlaşdırılır. Lakin bütün ittihamların birləşdirilməsi halında dinləmələrin 2027-ci ilin yanvar ayına qədər təxirə salına biləcəyi bildirilir.
Qeyd: Məsələ ilə bağlı yekun qərar məhkəmə prosesindən sonra veriləcək və futbolçunun günahkar olub-olmaması hüquqi araşdırmanın nəticəsində müəyyənləşəcək. Məlumat Sky News tərəfindən yayılıb.
© Copyright 2026, All Rights Reserved