Toni Kroos futbolla vidalaşdı
Almaniya millisinin oyunçusu Toni Kroos karyerasını bitirdi.
90plus.az xəbər verir ki, futbolçu daha öncə Avro-2024-dən sonra karyerasını başa vuracağını açıqlamışdı. Dünən isə Avropa çempionatının 1/4 finalında İspaniya-Almaniya matçı Kroosun futbolçu kimi son oyunu olub.
Qeyd: İspaniya və Almaniya arasında keçirilən oyunda İspaniya 2-1 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.
34 yaşlı alman futbolçu, dünya futbolunun ən yaxşı yarımmüdafiəçilərindən biri olan Kroosun qazandığı nailiyyətləri təqdim edirik:
6 dəfə Çempionlar Liqasının kuboku;
1 dəfə Dünya Kuboku;
6 dəfə Klublararası Dünya Çempionatının kuboku;
4 dəfə La Liqanın qalibi;
3 dəfə Bundesliqanın qalibi;
3 dəfə Almaniya Kuboku;
1 dəfə İspaniya Kral Kuboku;
5 dəfə UEFA Super Kuboku;
4 İspaniya Super Kuboku
1 dəfə Almaniya Superkuboku;
1 dəfə də Almaniyada İlin Futbolçusu Mükafatı
© Copyright 2026, All Rights Reserved