“Tottenhem” bizdən daha yaxşı idi” Enrike
Luis Enrike: “Bütün titulları qazana bilərik”.
90plus.az xəbər verir ki, PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Superkubokunun finalında “Tottenhem” üzərində qazanılan qələbəni şərh edib.
İspaniyalı mütəxəssis komandasının hədəflərini və rəqibin oyununu belə dəyərləndirib:
“İnanırıq ki, bütün titulları qazana və keçən mövsümü təkrarlaya bilərik! ‘Tottenhem’ əla oyun göstərdi. Bizdən daha yaxşı idilər.
Nəticənin ədalətli olub-olmadığını bilmirəm, amma futbol belə bir şeydir.”
Xatırlatma: PSJ Superkubokun finalında “Tottenhem”i penaltilər seriyasında (2:2; 4-3) məğlub edərək titula sahib çıxıb.
Luis Enrike iki fərqli komanda ilə UEFA Super Kubokunu qazanan beşinci məşqçi oldu!
◎ Karlo Ançelotti
◎ Pep Qvardiola
◎ Luis van Qaal
◎ Sir Aleks Ferquson
◉ Luis Enrike
O da elit kluba qoşuldu. O həm də məşqçi kimi bir mövsümdə iki dəfə beş titul qazanan nadir şəxslərdən biridir:
© Copyright 2026, All Rights Reserved