Tramp “Yuventus”la Ağ Evdə görüşdü
Donald Tramp “Yuventus” komandasını qəbul etdi, transgender idmançılarla bağlı sual verdi.
90plus.az xəbər verir ki, ABŞ-nin sabiq prezidenti Donald Tramp İtaliyanın “Yuventus” klubunu Ağ Evdə qəbul edib. Görüş zamanı Tramp müxtəlif mövzulardan danışıb, o cümlədən transgender idmançılarla bağlı məsələni də gündəmə gətirib.
Klubun heyətində yer alan amerikalı futbolçular Timoti Vea və Veston Makkenni komanda yoldaşları ilə birlikdə Klubların Dünya Çempionatı çərçivəsində eyni gün Vaşinqtondakı “Audi Field” stadionunda “Al-Ain”lə qarşılaşmadan öncə Ağ Evdə olub.
Tədbirdə həmçinin FIFA prezidenti Canni İnfantino, “Yuventus” klubunun rəhbər şəxsləri, keçmiş müdafiəçi Corco Kyellini və baş məşqçi İqor Tudor da iştirak ediblər.
Tramp gülərək onlara belə bir sual verib:
— Komandanıza bir qadın düşə bilərmi, uşaqlar?
Komanda üzvləri təbəssümlə cavab verməkdən yayınıb. Nəhayət, “Yuventus”un baş meneceri Dəmien Komolli cavab verib:
— Bizim çox güclü qadın komandamız var.
O, klubun qadınlardan ibarət komandasının İtaliya çempionu olduğunu vurğulayıb. Tramp isə dərhal cavab verib:
— Amma qadınlarla oynasalar yaxşıdır.
Bu sözlərə Komolli susmaqla kifayətlənib, Tramp isə əlavə edib:
— Görürsünüz, çox diplomatik cavab verir.
Qeyd edək ki, transgender idmançılar 2004-cü ildən bəri müəyyən şərtlərlə Olimpiya Oyunlarında iştirak edə bilirlər. 2021-ci ildə ilk dəfə açıq şəkildə transgender olduğunu bildirən idmançılar Olimpiya Oyunlarında iştirak edib.
Tramp prezidentliyi dövründə transgender idmançıların qadınlar arasında yarışlara qatılmasını qadağan edən sərəncam imzalamışdı. Bu sərəncam Dövlət Departamentinə təzyiq göstərmə səlahiyyəti verirdi ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) oyunlara buraxılış qaydalarını dəyişsin və qadın idman yarışlarında cinsiyyətin bioloji əsaslarla müəyyənləşdirilməsini təmin etsin.
Tramp həmin sərəncamın imzalanması mərasimində belə deyib:
— Mən istəyirəm ki, Beynəlxalq Olimpiya Komitəsi bu gülünc məsələyə aid bütün standartları dəyişsin. Bu, qadın idmançıların təhlükəsizliyi və ədalətli yarışması naminə zəruridir.
Maraqlıdır ki, oktyabr 2023-cü ildə dərc olunan və 2017-ci ildəki araşdırmanı nəzərdən keçirən Sports Medicine jurnalının məqaləsinə əsasən, transgender idmançıların yarışlarda əhəmiyyətli üstünlüyü olmadığı qənaətinə gəlinib.
Çərşənbə günü günün əvvəlində isə ABŞ Ali Məhkəməsi Tennessi ştatında azyaşlılara gender dəyişdirilməsi ilə bağlı tibbi müdaxilələrin qadağan olunması qərarını qüvvədə saxlayıb.