Tsxadadze: "Qarabağ"da maksimum neçə azərbaycanlı çıxış edir?"
"Qəbələ" futbol klubunun baş məşqçisi Kaxaber Tsxadadze Azərbaycanla Gürcüstan futbolunu müqayisə edib.
90plus.az xəbər verir ki, "Qəbələ"nin gürcü baş məşqçisi "Qarabağ"ın təkbaşına Azərbaycan futbolunu irəli apara bilməyəcəyinə inandığını vurğulayıb :
"Bəli Gürcüstanda "Qarabağ" kimi klub yoxdur. Amma bizdə 300-dən çox oyunçu ölkənin xaricində çıxış edir. "Qarabağ" avrokuboklarda çox yaxşı oynayır. Həmin oyunlarda heyətdə neçə yerli futbolçu olur? Avrokuboklarda maksimum 2-3 azərbaycanlı futbolçu ilə oynayırlar. İnkişaf üçün yalnız "Qarabağ"ın olması bəs etmir".
© Copyright 2026, All Rights Reserved