Türkiyə Kuboku “Trabzonspor”undur
Türkiyə Kuboku “Trabzonspor”da qaldı – Fatih Tekke ilk kubokunu qazandı.
90plus.az xəbər verir ki, Türkiyə Kubokunun finalında "Trabzonspor" ilə "Konyaspor" üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada Trabzon təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edərək tarixində 10-cu dəfə kuboka sahib çıxıb.
Trabzonspor 2 - 1 Konyaspor
Onuaçu 17’ 78’ (p)
J. Muleka 49’
Qollar: https://t.me/doxsanplus/117087
Bu uğur həm də "Trabzonspor"un baş məşqçisi Fatih Tekke üçün xüsusi əhəmiyyət daşıyıb. Gənc mütəxəssis məşqçilik karyerasında ilk kubokunu qazanıb.
Fatih Tekke mövsüm ərzində çoxsaylı zədələr və məhdud heyətlə çalışmasına baxmayaraq, komandası ilə sona qədər çempionluq mübarizəsi aparıb. Heyət dəyərinin rəqiblərlə müqayisədə aşağı olmasına rəğmən, Trabzonspor həm kubokda finala yüksəlib, həm də mövsümün ən sabit komandalarından biri olub.
Trabzon təmsilçisi bu qələbə sayəsində UEFA Avropa Liqasının pley-off mərhələsindən mübarizəyə başlamaq hüququ da qazanıb. Klub və Fatih Tekke Türkiyədə futbol mövsümünün ən uğurlu simaları sırasında göstərilir.
© Copyright 2026, All Rights Reserved