Türkiyədə avrokubokçular və iştirak yolu məlumdur
2026/27 mövsümündə Türkiyə klublarının UEFA avrokuboklarında iştirak edəcəyi yol açıqlanıb.
90plus.az xəbər verir ki,Türkiyə Kubokunun finalından sonra Avropaya vəsiqə qazanan komandaların mərhələləri dəqiqləşib.
“Qalatasaray” ölkə çempionu olaraq birbaşa UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.
“Fənərbağça” Super Liqanı ikinci pillədə başa vurduğu üçün Çempionlar Liqasına 2-ci təsnifat mərhələsindən qoşulacaq.
“Trabzonspor” Türkiyə Kubokunun qalibi kimi UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq.
Kubok nəticəsindən sonra “Beşiktaş” UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsindən çıxış edəcək.
“Başakşehir” isə UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən Avropa yarışlarına start verəcək.
© Copyright 2026, All Rights Reserved