"Türkləri zəhərləmək istədim" Çori
AVRO 2024-də Çexiyanı 2:1 hesabı ilə məğlub edən Türkiyə millisi meydanda gərgin anlar yaşayıb.
90plus.az xəbər verir ki, matçın bitməsindən sonra məğlubiyyəti həzm edə bilməyən çexiyalı Tomas Çori əsəblərinə hakim ola bilməyib. Çexiyalı futbolçu ilk olaraq Ferdi Kadıoğlunun üstünə irəliləyib, köməkçi məşqçi Selçuk Şahin isə araya girib.
Bu zaman Çorini itələyən gənc ulduz Arda Gülər sarı vərəqə alıb. Çexiyalı futbolçu daha sonra Orkuna hücum edib və bundan sonra qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb.
Çori Çexiya mətbuatına verdiyi açıqlamada "Meydana bir az aqressiya qatmaq və türkləri zəhərləmək istədim. Bilirdim ki, bu, onların xoşuna gəlməyəcək" - deyə bildirib.
Mənbə: Sabah
© Copyright 2026, All Rights Reserved