UEFA: Ronaldo ilə şəkil çəkdirən uşağa cəza!
AVRO-2024-ün F qrupunda Türkiyə-Portuqaliya (0:3) matçında Ronaldo ilə şəkil çəkdirmək üçün stadiona daxil olan Berat Uluğ UEFA tərəfindən cəzalandırıb.
90plus.az xəbər verir ki, UEFA 10 yaşlı azarkeşi AVRO 2024-ün geri qalan bütün matçlarından kənarlaşdıracaq. Həmçinin UEFA bildirib ki, ümumilikdə belə hallarda əlaqəli orqanlara şikayət edilir. Lakin burada uşağın yaşının az olması səbəbindən qeyd olunan yola əl atılacaq.
Qeyd: Berat Ronaldo ilə şəkil çəkdirdikdən sonra: "Arzularımı gerçəkləşdirdim. İndi Kristiano Ronaldo ilə şəklim var. Onu köynəyimdə çap edib otağımda saxlayacam" - deyə bildirmişdi.
Mənbə: Express
© Copyright 2026, All Rights Reserved