Ukraynalı futbolçu yeni klubunda zədələndi
Niderlandın "Ayaks" komandası ciddi itki ilə üzləşib.
90plus.az xəbər verir ki, Amsterdam klubunun müdafiəçisi Aleksandr Zinçenko zədələnərək sıradan çıxıb. Bu barədə rəsmi açıqlama yayılıb.
Bildirilib ki, Zinçenko ölkə çempionatının 23-cü turunda “Fortuna” ilə keçirilən və 4:1 hesabı ilə yekunlaşan oyunda dizindən xəsarət alıb. 29 yaşlı sol cinah müdafiəçisi əməliyyat ediləcək və mövsümün sonuna qədər komandasına yardım göstərə bilməyəcək.
Qeyd: "Ayaks" futbolçunu fevralın 1-də "Arsenal" klubundan icarə əsasında transfer etmişdi. Təcrübəli oyunçu yeni komandasında 2 görüşdə ümumilikdə 20 dəqiqə meydanda olub.
© Copyright 2026, All Rights Reserved