Unay Emeri və Harri Uilson bir komandada olmağa can atır
Harri Uilson “Aston Villa”ya azad agent kimi keçməyə hazırdır.
90plus.az xəbər verir ki, “Fulhem”də çıxış edən 29 yaşlı hücumçu Harri Uilson yay transfer pəncərəsində “Aston Villa”ya azad agent kimi keçməyə hazırdır.
Məlumata görə, baş məşqçi Unai Emeri futbolçunu komandasının oyun üslubuna uyğun hesab edir və onun transferini dəstəkləyir. “WalesOnline” nəşrinin yaydığı xəbərdə bildirilir ki, Uilson artıq Birmingem təmsilçisinə keçidə müsbət yanaşır.
“Aston Villa”nın futbolçuya həftəlik təxminən 100 min funt sterlinq maaş təklif etməyə hazır olduğu qeyd olunur.
Qeyd: Uilson hücum xəttində çevikliyi, uzaq məsafədən zərbələri və standart vəziyyətlərdəki effektivliyi ilə tanınır. Emerinin sistemində onun həm cinahda, həm də yarımmüdafiəyə yaxın mövqedə istifadə olunması planlaşdırılır.
Transfer baş tutarsa, bu keçid “Aston Villa”nın yay planında vacib addımlardan biri olacaq.
© Copyright 2026, All Rights Reserved