Uşaqlıq klubu Haalandın yuxusuna haram qatdı
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland futbolçu karyerasına başladığı Norveçin “Brüyne” klubunda üç oyunçunun mövsüm ortasında müqaviləsinə xitam verilməsinə sərt reaksiya göstərib. O, daha əvvəl “Molde”, “Zalsburq” və “Borussiya Dortmund”da da çıxış edib.
90plus.az xəbər verir ki, Haaland “Snapchat” hesabında yazıb:
“Brüyne, susmayın, nə baş verir? Bəli, yatmaq vaxtıdır, amma uşaq vaxtı oynadığım klubda xaos yaşanır və bu məni əsəbiləşdirir. Belə bir şey baş verəndə yata bilmirəm”.
Hazırda Norveç çempionatında 14-cü yerdə qərarlaşan “Brüyne” yaxın günlərdə Axel Kruger, Jens Husebo və Robert Undheym ilə yollarını ayırıb. Bu qərar Haalandın narazılığına səbəb olub.
© Copyright 2026, All Rights Reserved