Usman Dembelenin uğuru – 2025 "Onze d'Or" mükafatının qalibi oldu
Fransa nəşri "Onze Mondial" tərəfindən təqdim olunan "Onze d'Or 2025" mükafatının sahibi Usman Dembele oldu. Bu nüfuzlu mükafat hər il Avropada ilin ən yaxşı futbolçusuna təqdim olunur.
90plus.az xəbər verir ki, PSJ klubunun cinah oyunçusu mövsüm ərzində parlaq çıxışı ilə yadda qaldı. Onun sürətli reydləri, texniki bacarıqları və hücumdakı məhsuldarlığı komandaya həm yerli, həm də Avropa arenalarında önəmli uğurlar qazandırdı.
Dembele bu mövsüm ərzində həm sabit performansı, həm də fiziki hazırlığı ilə nəhayət, istedadına uyğun səviyyəyə yüksəldi. Bu fərdi mükafat da onun Avropa səviyyəsindəki irəliləyişini rəsmi şəkildə təsdiqləmiş oldu.
O, ötən il bu mükafatı qazanan və hazırda "Real Madrid" klubunda çıxış edən Kilian Mbappenin yerini aldı və beləliklə, "Onze d'Or" ardıcıl ikinci il PSJ klubunun futbolçusuna qismət oldu.
© Copyright 2026, All Rights Reserved