Van Der Vaart: "Sane Mbappe səviyyəsində futbolçudur"
Hollandiyalı sabiq futbolçu Rafael Van Der Vaart Saneni Mbappe ilə müqayisə etdi.
90plus.az xəbər verir ki, sabiq "Real Madrid"ki hücumçu almaniyalı futbolçu haqqında bunları deyib:
"Düşünürəm ki, Leroy Sane qabiliyyətinin 20%-ni nümayiş etdirir. Ümid edirəm ki, kimsə onu xəbərdar edəcək və Sane özünü toparlayacaq. O, Mbappe səviyyəsində olmalıdır".
Qeyd: Van Der Vaart vaxtı ilə "Real Madrid", "Hamburq", "Tottenhem", "Betis" kimi klublarda forma geyinib.
© Copyright 2026, All Rights Reserved