Vaut Veqhorst: "Qarabağ" daha yaxşı olan tərəf idi"
”Ayaks”ın futbolçusu Vaut Veqhorst Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda Bakıda “Qarabağ”a qalib gəldikləri oyun haqda danışıb.
90plus.az xəbər verir ki, sabiq "Beşiktaş"lı futbolçu ilk hissədə çətinlik çəkdiklərini bildirib:
”Qarabağ” qarşılaşmada ilk 15 dəqiqədə daha yaxşı olan tərəf idi. İlk hissədə çətin anlar yaşadıq. Qırmızı vərəqədən sonra oyunun məzərəsi dəyişdi.
Rəqib qırmızı vərəqə alandan sonra bir az oyunumuzu düzəltdik, amma çox tez-tez səhvlər edirdik. Hətta ikinci hissədə - rəqib azlıqda olanda da səhv edirdik. Bunun üzərində işləməliyik.
İlk qolumuzda mən topu sol küncə vurmaq istədim, amma yenə də Taylora toxundu. Mən bunu asist hesab edirəm (gülür). Və sonra mənim qolumla hesab 2:0, daha sonra 3:0 oldu. Səfər oyununda bu, çox yaxşı nəticədir. Ümumilikdə biz də yaxşı oynadıq, top fərqi də yaxşıdır”.
© Copyright 2026, All Rights Reserved