Vinisius: "Çempionlar Liqası bizim turnirimizdir"
”Real Madrid”in ulduzu Vinisius Junior "Borusiyya Dortmund" üzərində qələbə haqqında danışıb.
90plus.az xəbər verir ki, braziliyalı futbolçu bunları deyib:
”Paltardəyişmə otağında baş məşqçimiz Ançelotti dedi ki, bir qol vursaq, geridönüş edəcəyik. Dediyi kimi də oldu. Burada olduğum müddətdə mənə hər şey verən “Real"da daha çox şeyə nail olmaq istəyirəm. Karyeramın sonuna qədər bu klubda qalmaq istəyirəm.
“Real Madrid”i sevirəm. Çempionlar Liqası bizim turnirimizdir. Yenidən qazanmaq istəyirik”
© Copyright 2026, All Rights Reserved