Xavyer Tebas: "Florentino Peres həqiqi lider deyil"
İspaniya La Liqasının prezidenti Xavyer Tebas "Real Madrid" prezidenti Florentino Peresi hədəf alıb. Buna səbəb Madrid klubunun UEFA ilə razılığa gələrək Super Liqa layihəsindən imtina etməsi olub.
90plus.az xəbər verir ki, Tebas bildirib ki, separatçı turnir planını sona qədər dəstəkləyən yeganə klub "Real Madrid" idi. O, bu barədə kinayəli şəkildə qeyd edib: “Özünə qarşı bir komandanın mübarizə apardığı yarış mümkün deyildi.”
Super Liqanın uzunmüddətli tənqidçilərindən olan Tebas layihəyə qarşı mübarizədə UEFA prezidenti Aleksander Çeferinlə sıx əməkdaşlıq edib. Məhz bu təzyiqlərdən sonra bir çox klublar erkən mərhələdə layihədən geri çəkilmişdi.
Sosial şəbəkə hesabında paylaşım edən Tebas Florentino Peresin əvvəlki mövqeyini də xatırladıb: “Cəmi 90 gün əvvəl Florentino Peres UEFA ilə razılığa gəlməyi demək olar ki, təslimçilik adlandırırdı.”
La Liqa rəhbəri daha sonra sözlərinə sərt eyham əlavə edib: “Problem dəyişiklik deyil, dəyişiklik baş verdiyini inkar etməkdir. Həqiqi liderlik olanda 90 gün əvvəl dediklərini yenidən yazmağa ehtiyac qalmır.”
Həmçinin oxu:
© Copyright 2026, All Rights Reserved