Xəyal Əliyev: “Əhvalımız bomba kimi”
Xəyal Əliyev: “Əhval-ruhiyyəmiz bomba kimidir”.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasının növbəti turunda keçirilən “Sabah” – “Araz” matçında 4:1 hesablı qələbədə dubl edən “Sabah”ın yarımmüdafiəçisi Xəyal Əliyev oyundan sonra fikirlərini bölüşüb.
Futbolçu ardıcıl qollar vurmasından məmnun olduğunu bildirib:
“Çox sevinirəm ki, ardıcıl qollar vururam. Ümid edirəm ki, davamlı olar. Növbəti matçda da qol vurub, azarkeşləri sevindirmək istəyirəm”.
Xəyal Əliyev komandanın məqsədinin hər oyunda qələbə qazanmaq olduğunu da vurğulayıb:
“Hər oyuna qələbə üçün çıxırıq. İnşallah, bütün matçlarda qələbə qazanarıq. Əhval-ruhiyyəmiz bomba kimidir. Hər şey yaxşı olacaq”.
Qeyd: Hazırda “Sabah” 46 xalla Misli Premyer Liqasının turnir cədvəlinə liderlik edir.
© Copyright 2026, All Rights Reserved