Yamal: “Bir deyil, çox ‘Qızıl Top’ xəyal edirəm”
Lamin Yamal: “Mən bir yox, bir çox ‘Qızıl Top’ qazanmağı xəyal edirəm”.
90plus.az xəbər verir ki, Lamin Yamal Xose Ramon de la Morenaya açıqlamasında belə deyib:
“Mən elə bir futbolçuyam ki, bunu bacara bilərəm. Əgər etməsəm, bu ya işləri yaxşı görmədiyimə, ya da sadəcə istəmədiyimə görə olar. Mən bir çox ‘Qızıl Top’a sahib olmağı arzulayıram və həmin gün gəldikdə çox xoşbəxt olacağam,” – deyə Yamal əlavə edib.
Cəmi 18 yaşı olan Lamin Yamal artıq bu ilin mükafatı üçün əsas namizədlərdəndir. Onu “PSJ”nin Usman Dembelesi ilə ciddi rəqabət gözləyir. Dembelenin komandası ötən mövsüm bütün titulları qazanmışdı.
Mütəxəssislər hesab edir ki, əgər Yamal indiki kimi oynamaya və titullar qazanmağa davam etsə, gələcəkdə bir neçə “Qızıl Top” əldə etməsi tamamilə realdır.
© Copyright 2026, All Rights Reserved