Yamal kumirini açıqladı: "Messi deyil"
Lamin Yamal bu yaxınlarda kumirinin Neymar olduğunu bildirib.
90plus.az xəbər verir ki, mərakeş əsilli ispaniyalı futbolçu yerli mediaya verdiyi açıqlamada Messini tarixin ən yaxşısı adlandırsa da, onu kumiri hesab etmir.
Lamin Yamal bu mövzuda belə deyib:
"Bəli, Messi tarixin ən yaxşısıdır. Ona çatmaq mümkün deyil. Ancaq mənim kumirim Neymardır. Ona baxaraq böyümüşəm".
© Copyright 2026, All Rights Reserved