Yamal: “Mən və Dembelenin başına bir iş gəlsə, necə olacaq?
Lamin Yamal: “Qızıl top ən yaxşı oyunçuya verilməlidir, amma mən ad çəkməyəcəm”.
90plus.az xəbər verir ki, İspaniya millisinin və “Barselona”nın 17 yaşlı ulduzu Lamin Yamal bu ilin “Qızıl top” mükafatı ilə bağlı fikirlərini bölüşüb. Gənc futbolçu açıq şəkildə bildirib ki, mükafat ilin ən yaxşı futbolçusuna verilməlidir, lakin konkret ad çəkməkdən imtina edib.
“Qızıl top ilin ən yaxşı oyunçusuna verilməlidir. Amma indi hamı istəyir ki, İspaniya ilə Fransa arasında cümə axşamı keçiriləcək matçda kim qalib gəlsə, mükafatı o qazansın. Təsəvvür edin, o oyunda mənimlə Dembelenin başına bir iş gəlsə, necə olacaq?”, – deyə Yamal bildirib.
Yamal sözlərinə belə davam edib:
“Mən öz seçimimi bilirəm, amma sizə deməyəcəm. Özüm üçün saxlayıram.”
Rəsmi olaraq Lamin Yamal “Qızıl top” səsverməsində iştirak edə bilməz, çünki bu hüquq yalnız “France Football” tərəfindən akkreditə olunmuş jurnalistlərə verilir. Buna baxmayaraq, 17 yaşlı hücumçu bu ilin oktyabrında təqdim olunacaq mükafat üçün ən real namizədlərdən biridir.
Hazırda Yamalın əsas rəqibi kimi “PSJ” ilə Çempionlar Liqasını qazanan Usman Dembele göstərilir. Dembele Paris klubunun tarixində ilk dəfə bu titulu qazanmasına böyük töhfə verib və favoritlər arasında ön sıralarda yer alır.
© Copyright 2026, All Rights Reserved