Yamal mövsümü başa vurdu
Lamin Yamal mövsümü erkən başa vurdu – rəsmi açıqlama gəldi.
90plus.az xəbər verir ki, “Barselona”nın gənc ulduzu Lamin Yamal zədə səbəbindən cari mövsümün qalan hissəsini buraxacaq.
Klubdan verilən məlumata görə, futbolçu bud əzələsindən xəsarət alıb və bu səbəbdən mövsümün sonuna qədər meydana çıxa bilməyəcək. Bununla belə, oyunçunun Dünya Çempionatına qədər tam hazır vəziyyətə qayıdacağı gözlənilir.
Gənc vinger zədəsi ilə bağlı açıqlamasında bunları deyib:
“Bu zədə məni ən çox olmaq istədiyim anda meydandan uzaq saldı və bu, təsəvvür etdiyimdən daha çox ağrıdır. Komanda yoldaşlarımla birlikdə mübarizə apara bilməmək, komandaya kömək edə bilməmək məni çox üzür. Amma mən onlara inanıram və bilirəm ki, hər oyunda əllərindən gələni edəcəklər.”
Yamal əlavə edib ki, komandanı kənardan dəstəkləməyə davam edəcək:
“Mən də orada olacağam, hətta meydandan kənarda belə – dəstək verərək, ruhlandıraraq. Bu son deyil, sadəcə fasilədir. Daha güclü qayıdacağam və növbəti mövsüm daha yaxşı olacaq. Mesajlara görə təşəkkür edirəm. Visca el Barça.”
Qeyd: Barcelona üçün bu itki mövsümün həlledici mərhələsində ciddi problem hesab olunur. Klub gənc futbolçunun yoxluğunda hücum xəttində alternativ variantlara üstünlük verməli olacaq.
Deməli, Lamin Yamal mayın 10-da baş tutacaq El-Klassikoda olmayacaq
© Copyright 2026, All Rights Reserved