Yankoviç: "Sabah uduza da bilərik, uda da"
Marko Yankoviç sabahkı "Ayaks"la matç haqqında danışıb.
90plus.az xəbər verir ki, "Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi Avropa Liqasındakı növbəti matçdakı gözləntilər haqqında danışıb:
"Bizim keçmişdə keçirdiyimiz oyunlar bunu göstərir ki, biz hər bir komandaya qarşı oynaya bilərik. Sabah uduza da bilərik, uda da bilərik, heç-heçə də edə bilərik. Əsas budur ki, meydana çıxaq və əlimizdən gələni edək, nəticədən asılı olmayaraq, yaxşı futbol oynayaq. Ümid edirik ki, nəticə bizimçün yaxşı olacaq".
© Copyright 2026, All Rights Reserved