“Yuventus” Bernardo Silvanı əsas hədəf sayır
“Yuventus” Bernardo Silvanı transferdə əsas hədəf kimi müəyyənləşdirib.
90plus.az xəbər verir ki, İtaliyanın “Yuventus” klubu Portuqaliya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanı transfer etmək üçün ciddi addımlar atır.
İtaliyalı jurnalist Matteo Moretto-nun məlumatına görə, Turin təmsilçisi 29 yaşlı futbolçunu yay transfer pəncərəsinin əsas prioriteti kimi müəyyənləşdirib.
Məlumata əsasən, Bernardo Silva üçün Avropanın digər klublarından və MLS-dən də təkliflər mövcuddur, lakin “Yuventus” bu transfer uğrunda daha qərarlı mövqe sərgiləyir.
Klub rəhbərliyi portuqaliyalı yarımmüdafiəçini komandanın oyun planına uyğun ideal profil hesab edir və onu layihənin mərkəzində görür.
Hazırda tərəflər arasında ilkin əlaqələrin qurulduğu və “Yuventus”un futbolçunu inandırmaq üçün konkret idman layihəsi təqdim etdiyi bildirilir.
Transferin gələcək gedişatı Bernardo Silvanın qərarından asılı olacaq.
© Copyright 2026, All Rights Reserved