Zidan bu səbəbə "Yunayted"ə "yox" deyibmiş
Zidan dilə görə "Mançester Yunayted"in təklifini geri çevirib.
90plus.az xəbər verir ki, Zinəddin Zidan "Mançester Yunayted"in təklifini niyə rədd etdiyini açıqlayıb:
“Mən ingilis dilini başa düşürəm, lakin kifayət qədər yaxşı bilmirəm. Bəzi məşqçilər dilini bilmədikləri ölkələrin komandalarında işləyirlər, amma mənim iş tərzim onlardan fərqlidir”.
Qeyd: "Mançester Yunayted" Erik Ten Haqdan əvvəl Zinəddin Zidana təklif göndəribmiş.
© Copyright 2026, All Rights Reserved