Zidan Fransanı çalışdıracaq
Zinəddin Zidan 2026 Dünya Çempionatından sonra Fransa yığmasının baş məşqçisi olacaq.
90plus.az xəbər verir ki, ABŞ-da keçiriləcək 2026 Dünya Çempionatından sonra Fransa millisinin sükanı Zinəddin Zidana tapşırılacaq. L’Equipe bu məlumatı verib.
Fransa Futbol Federasiyası artıq bu qərarı verib və Zidana “xəyal transferi” kimi baxır.
“Zidan səssizlik içində Deşamın yerinə keçməyə hazırlaşır. O, yaxşı bilir ki, futbolçular onunla işləməyi arzulayır,” – deyə “L’Equipe” yazıb.
Nəşrin iddiasına görə, əksəriyyət üçün bu artıq aydındır: Fransa millisinin sabiq “10 nömrəsi” Dünya Çempionatından sonra Didye Deşamın varisi olacaq. Zidan isə hələlik sükut saxlayır, lakin vəzifəyə ciddi hazırlaşır. O, hətta keçmiş Fransa baş məşqçisi Loran Blan ilə (2010–2012-ci illərdə yığmadakı təcrübəsi barədə) söhbətlər aparıb.
Məlumatda qeyd olunur ki, Zidan hazırda bütün Liqa 1 matçlarını, Avropa turnirlərini və hətta digər qitələrdəki oyunları izləyir, çoxlu qeydlər aparır və gələcəkdə Fransa millisinin necə oynamalı olduğu barədə öz baxışlarını formalaşdırır.
Qeyd: Zidan 2021-ci ildə “Real Madrid”dən ayrıldıqdan sonra işsizdir. Bununla belə, onun məşqçi kimi nüfuzu mübahisəsiz olaraq yüksək qiymətləndirilir.
© Copyright 2026, All Rights Reserved