Zinədin Zidana astronomik təklif
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistan klubu “Əl-Hilal” Zidana bir illik müqavilə təklif edib. Müqaviləyə əsasən, fransız çalışdırıcıya 100 milyon avronu aşan məvacib təklif olunub.
Daha maraqlısı isə odur ki, “Əl-Hilal”ın təqdim etdiyi müqavilədə Zinədin Zidanın gələcəkdə Fransa milli komandasını çalışdırmaq istəyəcəyi ehtimalı nəzərə alınıb və bu məqsədlə müqaviləyə xüsusi bir maddə əlavə olunub. Həmin maddə Zidana istənilən vaxt Fransa yığmasına keçid imkanı verir.
Bütün bu cazibədar şərtlərə baxmayaraq, 3 dəfə UEFA Çempionlar Liqasının qalibi olmuş Zinədin Zidan bu astronomik təklifi rədd edib. Qeyd edək ki, Zidan sonuncu dəfə 2021-ci ildə “Real Madrid” klubunun baş məşqçisi olub və o vaxtdan bəri heç bir komandanı çalışdırmayıb.
Hazırda “Əl-Hilal” iyun ayında keçiriləcək FIFA Klublararası Dünya Çempionatına hazırlaşır və bu yarışda yüksək nəticə qazanmaq üçün təcrübəli baş məşqçiyə ehtiyac duyduğu bildirilir.
© Copyright 2026, All Rights Reserved