2026 Dünya çempionatına vəsiqə qazanan ilk 13 iştirakçı bəlli oldu
2026-cı ildə ABŞ, Kanada və Meksika ev sahibliyi edəcəyi FIFA Dünya çempionatına qatılacaq komandalar yavaş-yavaş müəyyənləşir.
90plus.az xəbər verir ki, turnirin tarixində ilk dəfə 48 komandanın iştirak edəcəyi bu nəhəng futbol bayramına indiyədək 13 ölkə vəsiqəni təmin edib.
Ev sahibi statusuna malik olan Amerika Birləşmiş Ştatları, Kanada və Meksika turnirdə birbaşa iştirak hüququ əldə ediblər.
Son olaraq turnirin seçmə mərhələsində uğurlu çıxış edən Braziliya və Ekvador da 2026 Dünya çempionatına qatılacaq komandalar sırasına qoşulublar.
Amerika Birləşmiş Ştatları
Kanada
Meksika
Braziliya
Ekvador
Avstraliya
Argentina
İran
Yaponiya
İordaniya
Yeni Zelandiya
Cənubi Koreya
Özbəkistan
2026 Dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində baş tutacaq. İlk dəfə bu qədər geniş iştirakçı sayı ilə keçiriləcək yarışda rəqabət və futbol coşqusu daha yüksək olacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved