Aleksis Sançes: “Qızıl nəsildən tək mən qalmışam”
Çili ardıcıl üçüncü dəfə Dünya Çempionatına vəsiqə qazana bilmədi.
90plus.az xəbər verir ki, Komanda Cənubi Amerika seçmə mərhələsində Boliviyaya 0:2 hesabı ilə məğlub olaraq turnir cədvəlinin son pilləsində qalıb.
Matçdan sonra Çili millisinin baş məşqçisi Rikardo Qareka komandanın uğursuzluğuna görə istefa verdiyini açıqlayıb.
“Çox kədərliyəm, özümü dəhşətli hiss edirəm. Heç vaxt belə bir şey yaşamamışam. Xalqdan üzr istəməliyik,” – bunu isə Çili millisinin təcrübəli oyunçusu Aleksis Sançes söyləyib.
“Çalışmağa davam etməliyik. Bizim qızıl nəslimiz artıq tarixə qarışıb, yalnız mən qalmışam.”
© Copyright 2026, All Rights Reserved