Ançelotti: "Biz onlardan yaxşı idik"
"Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelotti Kubok finalından sonra danışdı.
90plus.az xəbər verir ki, dünən "Real Madrid" İspaniya kubokunun finalında "Barselona"ya əlavə vaxtda buraxılan qolla məğlub oldu. Komandanın baş məşqçisi Karlo Ançelotti oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
"Biz yüksək səviyyədə bir oyun göstərdik. Kuboku qazanmağa çox yaxın idik".
"Əlimizdən gələni etdik. Komandamı tənqid edə bilmərəm. İkinci hissədə "Barselona"dan daha yaxşı idik".
Qeyd: "Real Madrid" rəhbərliyi artıq Karlo Ançelotti ilə yolları ayırmağı planlayır.
© Copyright 2026, All Rights Reserved