Ançelotti: “Mayın 25-dən tez danışmayacağam”
"Real"ın italiyalı baş məşqçisi Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi postuna mümkün təyinatını şərh edib.
90plus.az xəbər verir ki, 65 yaşlı mütəxəssis "Real"dakı taleyi barədə danışanda ehtiyat edib:
"Real Madrid"i, futbolçuları və azarkeşləri sevirəm, onlara hörmət edirəm. Gələcəyim haqda sizə mayın 25-dən tez danışmayacağam. İndi növbəti matçları düşünürük. Hələ də mübarizə apara biləcəyimizə inanırıq. La Liqada son turun son saniyəsinə qədər mübarizə aparacağıq.
"Mən yaxşıyam. Başa düşürəm ki, gələcəyim barədə danışmaq istəyirsiniz, amma buna ehtiyacım yoxdur. Nə etməli olduğumu və nə edəcəyimi əla bilirəm".
📰: AS
© Copyright 2026, All Rights Reserved