Ançelottidən taktiki dəyişiklik
"Real Madrid"də forma geyinən türkiyəli oyunçu Arda Gülerlə bağlı plan dəyişikliyi gündəmdədir.
90plus.az xəbər verir ki, ispan mətbuatında yer alan xəbərə görə, baş məşqçi Karlo Ançelotti komandanın taktiki düzülüş anlayışını dəyişə bilər.
ANÇELOTTİDƏN "REAL MADRİD"Ə YENİ PLAN
Karlo Ançelottinin 4-3-3 düzülüşündən imtina edərək 4-4-2 düzülüşünü sınaqdan keçirməsi gözlənilir. Bu yeni düzülüşdə Rodriqonun əsas heyətdən ehtiyat oyunçular skamyasına çəkilməsi lazım ola bilər.
Bu mövsüm La Liqada 5 oyunda 3 qələbə və 2 heç-heçə alan "Real Madrid" 11 xalla üçüncü sırada yer alır. Mövsümə fırtına kimi başlayan "Barselona" isə 15 xalla zirvədədir.
© Copyright 2026, All Rights Reserved