Arda Güler aprelin ən yaxşısıdır
Arda Güler aprelin ən yaxşı futbolçusu seçilib. “Real Madrid”in futbolçusu həm La Liqa, həm də Çempionlar Liqasında göstərdiyi təsirli çıxışla fərqlənib.
90plus.az xəbər verir ki, o azarkeşlərin səsverməsində Vini Jr, Fede Valverde, Antonio Rüdiger və Cud Bellinqemi qabaqlayıb.
Güler üçün ayın ən yaddaqalan anı aprelin 15-də “Bayern Münhen”ə qarşı oyun olub. O, 90 dəqiqədə iki qol vurub. Bu qollardan biri matçın cəmi 34-cü saniyəsində qeydə alınıb və “Real Madrid” tarixində Çempionlar Liqasındakı ən sürətli qol olub.
Türkiyəli yarımmüdafiəçi La Liqada da fərqlənib – “Alaves”lə oyunda məhsuldar ötürmə edib və 48 ötürmədən 44-nü dəqiq çatdırıb.
O, ay ərzində “Malyorka”, “Bayern Münhen” və “Jirona”ya qarşı matçlarda da oynayaraq stabil performans sərgiləyib.
© Copyright 2026, All Rights Reserved